Məşhur müğənni plagiatlıqda ittiham olunub

30.07.2019 18:30 324 Şou-biznes

Amerikalı müğənni Keti Perri müəllif hüquqlarının pozulmasında təqsirli bilinib. 

Fan.Az AzərTAC-a istinadla xəbər verir ki, bu barədə “Billboard” jurnalı yazıb.

Materialda deyilir ki, müğənni 2013-cü ildə buraxılmış “Dark Horse” mahnısının plagiat olmasında təqsirli bilinib. Məhkəmənin qərarına görə, müğənni reper Markus Qrey tərəfindən yazılmış “Joyful Noise” mahnısının musiqi motivini qəsdən, yaxud qəsdsiz mənimsəyib.

Markus Qrey 2014-cü ildə Perriyə qarşı iddia qaldırıb.

İndi məhkəmə Keri Perri üçün qətimkan tədbiri seçməlidir.

Oxşar xəbərlər

Xəbər lenti