Məşhur repçi homoseksual olduğunu etiraf edib

01.07.2019 14:42 91 Şou-biznes

Fan.az xarici mediaya istinadla xəbər verir ki, amerikalı repçi Lil Nas X bunu özünün twitter-dəki şəxsi hesabında edib.

“Old Town Road” hitinin ifaçısı və müəllifi pərəstişkarlarına homoseksuallığına işarə edən treklərindən birini daha diqqətlə dinləməyi tövsiyə edib.

"Sizdən bəziləri artıq bilir, bəzisinin isə vecinə deyil. Lakin ay sona çatmazdan əvvəl, istəyirəm ki, siz c7osure-ə yenidən qulaq asasınız", — repçi belə yazıb.

Bu etirafını repçi, insanların öz qeyri-ənənəvi seksual oriyentasiyası haqda açıq danışdığı "prayd ayına" həsr edib.

Oxşar xəbərlər

Xəbər lenti