Mikayıl Cabbarov MDB Vergi Xidmətləri rəhbərlərinə sədrlik edəcək Foto

20.11.2019 11:55 54 Ölkə

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Şuranın növbəti iclası Bakıda keçiriləcək, bu barədə Fan.Az “Report”a istinadən məlumat verir.

Məlumata görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir.

Koordinasiya Şurası.jpg (113 KB)

Oxşar xəbərlər

Xəbər lenti