Milyarder Bill Geyts 644 milyon dollarlıq yaxta tikdirir

11.02.2020 14:11 219 Maraqlı

ABŞ-ın və dünyanın ən zəngin insanlarından hesab edilən və xeyriyyəçiliyi ilə tanınan, “Microsoft” şirkətinin təsisçisi Bill Geyts 644 milyon dollar dəyərində yaxta sifariş edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, super-yaxta dünyada hidrogen yanacaqla çalışan ilk bu tip gəmi sayılır.

Gəminin göyərtəsində hovuz, helikopter meydançası, spa-salıon və məşq zalı da olacaq.

Gələn xəbərlərdə Bill Geytsin ekoloji və maye hidrogenlə işləyən yaxtanın prototipini Monakodakı şouda gördüyünü və çox xoşuna gəldiyi bildirilir.

“The Guardian” qəzetinin məlumatına görə, gəmi Hollandiyanın “Sinot” firması tərəfindən hazrlanacaq. 112 metr uzunluğa malik bu bahalı dəniz maşınının beş göyərtəsində 31 nəfərlik ekipajdan əlavə 15 nəfər qonaq qala biləcək.

Gəminin əsas özəlliyi iki 28 tonluq -253 dərəcəyə qədər dondurula bilən hidrogen rezervuara malik olmasıdır. Maye yanacaq oksigenlə birlikdə enerjiyə çevrilərək xüsusi elementlərin vasitəsilə iki mühərrikə ötürülür.

Dizayner Sander Saynot onun prezentasiyasında yaxtanın uzunmüddətli səyahətlərin bütün tələblərinə cavab verdiyini, habelə burada ən yeni texnoloji imkanların istifadə edildiyini vurğulayıb. Super-ekolojik gəmi saatda 20 millə (32 km) yanacaq doldurmadan 3250 mil (6350 km) hərəkət edə biləcək.

Yuxarıda qeyd edildiyi kimi, Bill Geyts dünyanın ikinci ən varlı adamı (birinci “Amazon” şirkətinin sahibi Ceff Bezosdur) sayılır. Maraqlıdır ki, yaxtalara həvəsi ilə tanınan milyarderin öz gəmisi olmayıb və o həmişə onları icarəyə götürüb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti