Mingəçevirdə mikroavtobus aşıb, xəsarət alanlar var Foto

14.01.2020 16:13 58 Nəqliyyat və avto

Mingəçevirdə mikroavtobus aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti