Monika Belluççi ilə aktyor Vensan Kasselin 14 yaşlı qızı Foto

17.06.2019 13:55 289 Şou-biznes

Dünya şöhrətli aktrisa Monika Belluççi ilə aktyor Vensan Kasselin 14 yaşlı qızı Deva Kassel moda həftəsində bütün diqqətləri öz üzərinə toplayıb.
Fan.Az xarici mətbuata istinadən xəbər verir ki, ulduz cütlüyün qızı Milan Moda həftəsində "Dolce & Gabbana" nın kişi yaz-yay kolleksiyasının dəfiləsində iştirak edib. Bu, bir neçə ay əvvəl özünü model kimi sınayan Devanın ilk çıxışı olub.

Monika Beluchi-qizi-1.jpg (77 KB)

O, dəfiləyə sözügedən moda evinin geyimlərində gəlib. Deva nümayiş üçün qara dar şalvar, atlas pencək və qırmızı krujeva top seçib. Saçlarını açıq qoyan model obrazını “Dolce & Gabbana”nın məşhur çantası ilə tamamlayıb.

Monika Beluchi-qizi-2.jpg (106 KB)

Qeyd edək ki, Deva aprel ayında italyan moda evinin yeni ətrinin reklamında çəkilərək onun siması olmuşdu.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti