Moskvadakı "Bakı" kinoteatrı sökülüb

02.11.2019 23:00 50 Dünya

Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, kinoteatır 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.

2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda, Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.

Qeyd edək ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı, 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.

Kinoteatr-Baki-1.jpg (86 KB)

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti