MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv edib

20.02.2020 17:00 75 Ölkə

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən namizəd Sitarə Zeynalova və digərlərinin müraciətinə baxılıb.

FAN.AZ xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlər müraciətində DSK-nın seçki ilə bağlı qərarının ləğvini qeyd ediblər:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Digər məntəqələr üzrə isə pozuntular müəyyən edilməyib. Bununla əlaqədar 1 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 1 seçki məntəqəsi (8 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti