"Müasir standartlara cavab verən 100 ədəd “London taksisi” gətirilir

15.01.2020 16:30 159 Nəqliyyat və avto

“Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir”.

FAN.AZ xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin qəbulunda deyib.

O, əlavə edib ki, qarşıdakı 3 ay ərzində ölkəyə yeni taksilər gətiriləcək: “Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” var. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti