Müsavat Partiyası piket keçirməsi ilə bağlı BŞİH-ə müraciət edib

07.11.2019 13:53 60 Ölkə

Müsavat Partiyası noyabrın 12-də saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirilməsi ilə bağlı BŞİH-ə məktubla müraciət edib.

Fan.Az xəbər verir ki, bu barədə partiyanın facebook səhifəsində məlumat verilib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən gün Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Bundan sonra partiya açıqlama verərək həmin ərazidə mitinq keçirməyəcəyini, əvəzində BŞİH-i qarşısında piket keçirəcəyini bəyan edib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti