Müsəlmanlar Şahrux Xanı tənqid etdi - Etiraz aksiyaları böyüyür

18.12.2019 19:05 265 Şou-biznes

Hindistanda müsəlman miqrantlar əleyhinə irqçi vətəndaşlıq qanununa qarşı təşkil edilən etiraz aksiyaları kütləvi hal alıb.

FAN.AZ Publika.az-a istinadən xəbər verir ki, polis etirazçılara sərt müqavimət göstərir.

Ötən həftədən bəri davam edən iğtişaşlar paytaxt Yeni Dehlidən ölkənin digər böyük şəhərlərinə yayılmaqda davam edir.

Sosial mediada çox sayda insan Bollivudun məşhur aktyorları Şahrux, Amir və Salman Xanları susqun olduqları üçün sərt tənqid edib.

Qeyd edək ki, qanun Pakistan, Əfqanıstan və Banqladeşdən gələn 6 dini qrupa şamil olunur. Müsəlmanlar isə istisnadır.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti