NATO baş katibi Türkiyə rəsmiləri ilə görüşüb

11.10.2019 18:50 53 Siyasət

NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla görüşüb.

Fan.Az xəbər verir ki, bu barədə NATO baş katibi "Twitter"də bildirib.

"Türkiyə prezidenti, nazirlər Mövlud Çavuşoğlu və Hulusi Akarla vacib görüşlər keçirdim. Biz Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatları müzakirə etdik. Türkiyənin təhlükəsizliklə bağlı haqlı narahatlıqları olsa da, mən Türkiyənin təmkinli davranacağını gözləyirəm. İŞİD-lə mübarizədə qazanılan uğurlar təhlükə altına düşməməlidir”, - deyə NATO baş katibi qeyd edib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti