Notları tanımaya bilərik, amma onları mütləq tanımalıyıq! Video

20.07.2019 17:10 976 Mədəniyyət

Musiqinin mətninə ehram divarlarında, qayaüstü yazılarda, qədim kitabələrdə rast gəlinir. Musiqi bir sənət olduğu kimi, həm də elmdir. Təbiətdəki səsləri insan musiqi dilinə çevirənə qədər, bu sənət uzun bir yol keçib. Rəsm əsərini çərçivəyə sığdırmaq mümkündür, amma musiqini yox.

O, insanı uşaqlıq illərinə aparır. Onun xəyal gücü sərhəd tanımır. Sənət var sözlə, sənət var rəsmlə, sənət də var səslə yaşayır. Bir zamanlar əfsanəvi pərilərin danışdığı dildə, hazırda bütün dünya danışır.

İfa tərzindən asılı olaraq, musiqi bizi şənləndirə, kədərləndirə, sakitləşdirə və ya həyəcanladıra bilər. Maddi dünyamızın mənəvi dili.
Təbiətin özü də əsl bəstəkardır. Qədim dövrlərdən istər Şərqdə, istərsə də Qərbdə musiqi insanlar tərəfindən ilahi nemət kimi qəbul edilib.
İnsan musiqi ilə hər bir hissini ifadə edə bilir. Çünki bəşər övladının musiqi ilə ifadə edə bilmədiyi heç bir duyğu yoxdur. Musiqi eyni zamanda duyğularımızın dilidir.

Musiqi səsi və səssizliyi bir araya gətirən vasitədir.

Hazırda test rejimində çalışan Radio Fan.Az, tezliklə tam gücü ilə fəaliyyətə başlayacaq. İnternet radiomuz dinləyiciləri müxtəlif rubrikalar, zövqlü musiqi, keyfiyyətli səs diapazonu ilə sevindirəcək. Radio Fan.Az-da hər janrda musiqi dinləmək mümkün olacaq. Əsasən milli musiqiyə üstünlük veriləcək radioda, retro estrada, klassik musiqi, xalq və bəstəkar mahnıları, muğamlar səslənəcək.

Radio Fan.Az-ı dinləmək üçün Fan.Az saytına daxil olduqdan sonra play işarəsinə tıklamak yetər.

Sizi və musiqini bir araya gətirən isə Radio Fan.Az-dır. Radio Fan.Az- musiqimizi və sənətimizi hər yana yayan radio!

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti