Pərviz "Survivor"a damğa vurdu, təkbaşına böyük mükafatı qazandı Video

19.02.2020 11:30 571 Maraqlı

Azərbaycanlı idmançı Pərviz Abdullayev "Survivor 2020" yarışmasına damğa vurub.

FAN.AZ baku.ws-ə istinadən xəbər verir ki, "TV8" kanalında yayımlanan yarışma proqramında idmançı Pərviz Abdullayev Yasin Obuz adlı iştirakçı ilə qarşılaşıb.
Pərviz 4 yarışın 3-də qələbə qazanaraq komandasını önə keçirib. Ancaq "Məşhurlar"ın qadın iştirakçısı Elif rəqibinə hər 3 mübarizədə məğlub olaraq bu üstünlüyü əldən verib.

Hesab bərabərləşdiyi üçün bayraq yarışı baş tutub. Pərviz Abdullayev bu dəfə də rəqibinə qarşı əzmkar mübarizə apararaq qalib gəlib və komandasına qida mükafatı qazandırıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti