Polis həm oğrunu, həm də tutuquşusunu həbs edib Foto

01.10.2019 19:53 55 Maraqlı

Hollandiyanın Utrext şəhərinin polisi oğrunu onun tutuquşu ilə birlikdə həbs edib.

Fan.Az xarici KİV-ə istinadla bildirir ki, qanadlı məhbusla fotoşəkil polisin Instagram-akkauntunda paylaşılıb.

Polis nümayəndələri deyiblər ki, mağazada oğurluqla bağlı çağırışıa gediblər. Onlar oğrunu yerindəcə həbs edə biliblər. Cinayətkarın çiynində isə tutuquşu oturubmuş.

Oğrunu tutuquşu ilə təcridxanaya gətirəndə hüquq-mühafizə orqanları onlarda nə qəfəs, nə də quş üçün boş kamera olmadığını başa düşüblər.

Nəticədə tutuquşu sahibi ilə bir kameraya salıblar. Quş üçün su və ağ çörək gətirilib.

Utrecht_police_parrot.jpg (71 KB)

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti