Prezident İlham Əliyev fərman imzalayıb

14.10.2019 16:00 68 Ölkə

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında 2019-cu il iyunun 7-də Sankt-Peterburq şəhərində imzalanmış saziş təsdiq olunub. Bu fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görəcək. Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökumətinə bildiriş göndərəcək.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti