Putin Fələstində gözətçi zabitin yerə düşən papağını qaldırdı Video

24.01.2020 17:00 169 Maraqlı

Rusiya prezidenti Vladimir Putin Fələstində qarovul dəstəsinin qarşısından keçən zaman zabitlərdən birinin yerə düşən papağını götürərək onun başına qoyub.

FAN.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda video Telegram kanalında yayılıb.

Jurnalistlərin məlumatına görə, video Fələstin lideri Mahmud Abbasın fotoqrafı tərəfindən çəkilib.

Qeyd edilir ki, çarx sosial şəbəkədə sürətlə yayılıb.

Məlumatda həmçinin bildirilir ki, Fələstində Putinin hərəkətinə heyran qalıblar.

FAN.AZ 

Oxşar xəbərlər

Xəbər lenti