Putin maaşının azlığından danışdı

19.02.2020 19:25 65 Dünya

Sankt-Peterburqa şəhərin keçmiş meri Anatoli Sobçakın heykəlinin açılışına gedən Rusiya prezidenti Vladimir Putin vətəndaşlardan birinin etirazı ilə qarşılaşıb.
Bir qadın ona yaxınlaşaraq, 10 min 800 rubla (təxminən 170 dollar) necə yaşamaq mümkün olduğunu soruşub.

FAN.AZ xəbər verir ki, Putin bu pula yaşamağın çətin olduğunu bildiyini söyləyib. Prezident beləcə də deyib: “Çox çətindir”. Dövlət başçısı bildirib ki, məhz buna görə ölkədə uşaqlı ailələrə dəstək proqramı həyata keçirilir. Putin bundan sonra maraqlı ifadə də əlavə edib. Ölkə rəhbəri deyib ki, heç onun məvacibi də çox deyil.

2018-ci ilin maliyyə hesabatına inansaq, Putin ayda 720 min rubl (təxminən 11,3 min dollar) məvacib alır.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti