Qala-Pirallahı yolunda hərəkət qismən məhdudlaşacaq

06.03.2020 21:00 1398 Nəqliyyat və avto

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır), bu barədə FAN.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən məlumat verilib.

Qismən məhdudlaşma mart ayının 7-i səhər saat 06:00-dan 10:00-dək tətbiq ediləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti