“Qarabağ”dan ayrılıb “Milan”a keçdi Foto

12.01.2020 19:10 116 İdman

"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

FAN.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib.

O, "qırmızı-qaralar"la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacaq. Beqoviç "Aston Villa"ya transferi gözlənilən Pepe Reynanın əvəzinə alınıb.
Qeyd edək ki, 32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

milan1.jpg (91 KB)

FAN.AZ 

Oxşar xəbərlər

Xəbər lenti