"Qarabağ" klubu aparıcı futbolçusunu itirdi

15.02.2020 18:48 187 İdman

Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə"nin qonağı olan “Qarabağ” klubu ciddi itki ilə üzləşib.

FAN.AZ xəbər verir ki, Ağdam təmsilçisi aparıcı futbolçusu Ailton Silvanı itirib. İkinci hissədə sarı vərəqə görən braziliyalı müdafiəçi limiti keçdiyi üçün cəzalı duruma düşüb. 24 yaşlı futbolçu növbəti turda "Sumqayıt"a qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, Ailton əvvəlki sarı vərəqələri IV və XVI turun "Neftçi", XIV turun "Keşlə" ilə matçlarında alıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti