Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb Foto

24.01.2020 20:21 76 Hadisə

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

FAN.AZ "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Opel" və "VAZ" markalı avtomobillər yolda hərəkətdə olan zaman toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişinlər - rayonun Tasmalı kənd sakini, 1954-cü il təvəllüdlü Kərimova Çimnaz Nəzir qızı və Lələpaşa kənd sakini, 1991-ci il təvəllüdlü Əzizxanov Ruhi Telman oğlu xəsarət alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xəbər lenti