Qubada yük avtomobilinin sürücüsü faciəvi şəkildə ölüb Foto

09.01.2020 12:20 513 Hadisə

Qubada yük avtomobilinin sürücüsü faciəvi şəkildə ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzəmmədkənd kəndi ərazisində baş verib.

Belə ki, sürücü yük maşınını yüksəkgərginlikli elektrik xəttinin altında saxlayaraq, yükün üzərini örtmək üçün avtomobilin üstünə çıxmağa çalışıb. Lakin naqillərin olduğuna fikir verməyib və ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

Faktla bağlı araşdırma aparılır.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti