Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada bölmələri atışlar icra ediblər Video

07.10.2019 14:00 46 Ölkə

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

Fan.Az Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti