"Real" İspaniya kubokunun 1/8 finalına çıxıb

23.01.2020 08:26 90 İdman

İspaniya kubokunun 1/16 finalında "Unionistas de Salamanka" Madrid "Real"ını qəbul edib.

FAN.AZ xəbər verir ki, qarşılaşma Salamankada "Pistas del Elmantiko" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 18-ci dəqiqədə açılıb. Qaret Beyl "Real” azarkeşlərini sevindirib. İkinci hissənin 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Alvaro Romero hesabı bərabərləşdirib. Beş dəqiqə sonra Salamanka komandasının müdafiəçisi Xuan Qonqor topu öz qapılarına göndərib. Əlavə edilmiş vaxtda "Real"ın hücumçusu Braim Dias oyunda son nöqtəni qoyub.

İspaniya kubokunun 1/16 finalının digər matçlarında "Valensiya" “Ud Loqrones"i 1:0 hesabı ilə udub, "Jirona" "Vilyarreal”a 0:3 hesabı ilə uduzub, "Real Sosedad" "Espanola”dan üstün (2:0) olub, “Valyadolid" "Tenerife”ə məğlub olub (1:2).

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti