Röya Ayxana efir qadağası qoyulub Video

25.06.2019 17:01 231 Şou-biznes

Əməkdar artist Röya Ayxana efir qadağası qoyulub.

Fan.Az axşam.az-a istinadən xəbər verir ki, artıq müğənninin klipləri "MTV Azərbaycan” kanalında yayımdan götürülüb. Həmçinin, kanalın rəhbəri Rəhim Rəhimli sənətçi haqda informasiyaların verilməsinə də qadağa tətbiq edib.

Bildirilir ki, buna səbəb Röya Ayxanın "Xəzər” TV-də yayımlanan "Hər şey daxil” proqramında işlətdiyi fikirlər olub. Həmin verilişdə sənətçi "Onsuz da bütün mahnılar "Youtube”da izlənilir. Klip saatı varsa, nümayiş etdirsinlər. Bir kanal lazımdır ki, orada kliplər yayımlansın. Amma ən azından "Xəzər” kimi səviyyəli bir kanal olsun” replikasını atıb.

Həmin verilişdən dərhal sonra isə "MTV Azərbaycan”da Röya ilə bağlı məlum qərar verilib.

Qeyd edək ki, Rəhim Rəhimli sözügedən kanalda müğənnilər Kərim Abasov və Niyam Salaminin də efirdə görünməsinə qadağa qoyub.

 

Fan.Az

 

Oxşar xəbərlər

Xəbər lenti