Rusiya XİN başçısı: "Moskva Dağlıq Qarabağ məsələsi üzrə kompromis imkanı olduğunu anlayır"

03.12.2019 15:01 176 Siyasət

"Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir".

Fan.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək.

"Ümid edirik ki, nəticələr olacaq", - rusiyalı nazir vurğulayıb.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti