Şadlıq evi qarşısında 3 qardaşı al-qana buladılar

20.02.2020 09:57 125 Kriminal

Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb.

BakuPost-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində yerləşən Tərlan Şadlıq Sarayının qarşısında baş verib.

Hadisə nəticəsində şəhər sakinləri 1995-ci il təvəllüdlü Röyal Abışov və onun qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti