“Sədərək” Ticarət Mərkəzi YANIR: ALOV MAĞAZALARA KEÇDİ Video

18.02.2020 09:13 248 Hadisə

Bakıda ticarət mərkəzində yanğın baş verib.

FAN.AZ xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

Oxşar xəbərlər

Xəbər lenti