Şelli Morrison 83 yaşında dünyasını dəyişib

03.12.2019 12:25 81 Şou-biznes

Türkiyədə də 7 il yayımlanan "Will Grace" serialının aktrisası amerikalı Şelli Morrison 83 yaşında dünyasını dəyişib.

Fan.Az NBC televiziyasına istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib. Qeyd edək ki, Şelli 1999-2006-cı illərdə yayımlanan "Will Grace" serialınının yalnız 1 bölümündə rol almaq üçün razılıq əldə edib. Lakin onun uğurlu çıxışı serialın 69 bölümündə rol almasına səbəb olub.

Aktrisa serialda xidmətçi xarakterini canlandırsa da, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 69 bölümdən sonra isə Şelli təqaüdə çıxdığı üçün serialda çəkilməkdən imtina edib. Aktrisa 2016-cı illərdə ABŞ-da keçirilən prezident seçkilərində namizəd Hillari Klintona dəstək verməsiylə diqqət çəkib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti