Son sutkada koronavirusa yoluxmada azalma oldu

19.08.2021 17:40 193 Sağlamlıq

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib. 33 431 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, bu günə qədər isə ümumilikdə 4 268 668 test icra olunub.

FAN.AZ

1629380110_2684e2ab-3db4-32d7-b8c6-35371db076bb.jpg (105 KB)

Oxşar xəbərlər

Xəbər lenti