Sumqayıtda 2 nəfərin öldüyü dəhşətli qəzadan görüntü Video

19.12.2019 09:38 369 Hadisə

Bir neçə gün bundan əvvəl Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin dəhşətli görüntüsü yayılıb.

FAN.AZ AvtoReyd.Az-a istinadən xəbər verir ki, hadisə yerində olan "Dünya TV"nin əməkdaşları baş verənləri çəkə bilib.

Qeyd edək ki, saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarına aşırmış və yük yerində olan çınqıl dağılıb.

Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

View this post on Instagram

Sumqayıtda 2 nəfərin öldüyü dəhşətli qəzadan görüntü. #az #azstagram #avtoreyd #qeza #sumqayit

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti