Sumqayıtda marşrut avtobusunun iştirakı ilə qəza baş verib Foto

29.01.2020 13:14 256 Hadisə

Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

FAN.AZ APA-ya istinadən məlumat verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. "Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.  Qəza nəticəsində "Mercedes Vito"  markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Məmmədov Natiq Bilal oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər

Xəbər lenti