Sumqayıtda minik maşını ağaca çırpılıb Foto

15.02.2020 18:53 162 Hadisə

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

FAN.AZ APA-ya istinadən məlumat verir ki, qəza şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü qarşısına çıxan piyadanı vurmamaq üçün idarəerməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Xəsarət alan olmasa da, minik vasitəsi yararsız hala düşüb. Bir müddət yolda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xəbər lenti