Sumqayıtda yanacaq doldurma məntəqəsində yanğın baş verib Foto

03.11.2019 00:30 57 Hadisə

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

Fan.Az APA-ya istinadən xəbər verir ki, hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində yerləşən YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.

Oxşar xəbərlər

Xəbər lenti