Suriyada 490 terrorçu zərərsizləşdirilib

13.10.2019 16:42 59 Dünya

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 490 terrorçusu zərərsizləşdirilib.

Fan.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, 440 terrorçu öldürülüb, 26-sı yaralanıb, 24-ü isə təslim olub.

O, qeyd edib ki, son beş gündə antiterror əməliyyatı zamanı Türkiyə ordusu iki, Suriya Milli Ordusu isə 16 hərbçisini itirib.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti