Suriyada döyüşən azərbaycanılardan YENİ XƏBƏR

13.02.2020 10:40 43 Dünya

Suriyada cinayətkar birliyin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Quliyev İlham Rüstəm oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost-un məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, İ. Quliyev Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kompleks mübarizə tədbirləri çərçivəsində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) maddəsi ilə ittiham verilib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti