Tamer Qaradağlı yeni imiciylə tanınmaz halda Foto

20.07.2019 00:15 687 Şou-biznes

Uzun illər "Çocuklar Duymasın" serialında oynayan Azərbaycan əsilli aktyor Tamer Qaradağlı bir izləyicisinin yazdığı şərhə əsəbiləşib. Yeni imici ilə diqqət çəkən Qaradağlı izləyicisinə sərt cavab verib.

Məşhur aktyor serial bitəndən sonra tamam fərqli istiqamətə yönəlib. ABŞ-a gedən aktyor, burada motosikletlə səyahətlər etməyə başlayıb.

Xeyli vaxtdır motosikletlərə olan marağıyla bilinən aktyor, bundan əvvəl də belə səyahətlərə çıxıb. Bu dəfə o, Amerika yollarında ortaya çıxıb.

Sosial media hesabından son imicini paylaşan aktyoru demək olar ki, tanımaq mümkün deyil. "Çocuklar duymasın"da ağ saçlarını görmüşdük, lakin onu uzun müddətdir saqqallı halda heç kim görməmişdi.

640xauto.jpg (73 KB)

Məşhur aktyorun həm saçlarının, həm də saqqalının ağ olması, həm də saç və saqqalını uzatması onu tamam başqa birinə çevirib. Yeni imiciylə fotolarını paylaşan aktyorun bu paylaşımlarına çoxlu şərh yazılıb. Şərh yazanların əksəriyyəti Qaradağlının yeni imici haqqında fikir bildirdiyi halda, izləyicilərindən biri məşhur aktyora "Ölümün motosiklet sevdasından olacaq" şəklində şərh yazıb.

640xauto (1).jpg (128 KB)

Qaradağlı bu şərhə çox əsəbiləşib və izləyicisinə "Bu nə şərhdir?! Ölüm filan…" – deyə sərt reaksiya verib.

640xauto (2).jpg (88 KB)

Qeyd edək ki, məşhur aktyour 2 il əvvəl Bursada motosikletiylə keçirdiyi qəzada ölümdən dönmüşdü.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti