Tanınmış güləşçi Ekologiya postu ərazisində bıçaqlandı

08.01.2020 12:45 170 Kriminal

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

FAN.AZ APA-ya istinadən xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti