Təyyarənin mühərriki yandı, Maldiv adalarına təcili eniş etdi Video

07.09.2019 22:35 108 Dünya

Malaziyanın "Air Asia" büdcəli aviaşirkətinin Tayland bölməsinə məxsus "A320" avialayneri uçuşdan 22 dəqiqə sonra mühərriklərindən birində yaranmış yanğın səbəbindən Maldiv adalarının əsas beynəlxalq aeroportuna məcburi eniş edib.

Fan.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şənbə günü Taylandın Üçüncü Milli Televiziya kanalı məlumat yayıb.

Sərnişinlər və pilotlar xəsarət almayıblar.

Hadisə sentyabrın 5-də, cümə axşamı günü baş verib, lakin bu barədə məlumat yalnız Tayland Mülki Aviasiya İdarəsi tərəfindən şənbə günü açıqlanıb.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti