Təzə bazarın qarşısında sürücülərə tədbiq edilən protokollara BNA aydınlıq gətirdi Video

19.11.2019 20:11 98 Nəqliyyat və avto

Fan.Az xəbər verir ki, bir neçə gün bundan əvvəl oxucularımız Bakının Səməd Vurğun küçəsində yerləşən Təzə Bazarın qarşısında parking nişanı ola-ola Bakı Nəqliyyat Agentliyin tərtib etdiyi protokolla bağlı AvtoReyd.Az-a müraciət ediblər.

Biz də öz növbəmizdə məsələyə aydınlıq gətirmək üçün BNA-ya araşdırıb bizi və sürücüləri narahat edən suala cavab verməklərini xahiş etdik. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi cavab belə oldu  "Çox sürücülər ərazidə mövcud səhv xəttə uyğun olaraq avtomobilləri perpendikulyar saxlayırlar ki, bu da qanuna ziddir, amma bu günə və xətlər silinə qədər bazarın qarşısında tədbiq edilən cərimələrə xitam veriləcək". Kimin o ərazidə xətləri çəkib çəkməməyi düşünürəm ki, sürücüləri narahat etməməlidir, odur ki, hörmətli sürücülər nə qədər ki, o ərazidə perpendikulyar xətlər mövcuddursa sizə cərimə tədbiq edilməyəcək və cərimələrə xitam veriləcək, amma xətlər pozulduqdan sonra nəqliyyat vasitənizi yola perpendikulyar parklamayın, əks halda sizə Parklanma qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 346-1.2 maddəsinə uyğun olaraq 10 manat cərimə tədbiq olunacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin dediklərini sizə təqdim edir:

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti