Təzə kimi görünsə də, 34 il öncə istehsal edilib... Video

19.01.2020 13:08 65 Nəqliyyat və avto

Təzə kimi görünsə də, 34 il öncə istehsal edilib...


Xezerxeber.az-ın məlumatına görə, söhbət "VAZ 21-013" markalı avtomobildən gedir.

Mingəçevir sakini Bayram Bayramov 1986-cı ildə aldığı "VAZ 21-013" markalı avtomobili hər hansı detalını dəyişmədən, rəng vurdurmadan saxlayıb. Avtomobil sahibinin iddiasına görə, həmin rəngdə və modeldə maşını ölkəmizə ilk dəfə o gətirib.

Yağış və güclü Günəş görməyən avtomobilə maraq böyükdür. "VAZ 21-013" almaq həvəsində olanlar Bayram Bayramova yüksək məbləğ, hətta xarici avtomobil də təklif ediblər. Lakin o, nəqliyyat vasitəsini satmaq niyyətində olmadığını bildirib. Maşına maraq göstərənlər, hətta onu paytaxtdan Mingəçevirə gəlin gətirmək üçün də dəvət ediblər.

Bayram Bayramov 34 il öncə istehsal edilən avtomobilin belə vəziyyətdə qalmasını ona göstərilən qulluqla əlaqələndirir. O, maşını xususi örtükdə saxlayır. Yuyulan zaman isə güclü su şırnağından və hər hansı köpükdən istifadəyə icazə vermir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti