Tramp: "Brexit"in tərəfdarıyam"

03.12.2019 16:06 153 Siyasət

“Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri mövzusundan kənarda qalacağam”.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Böyük Britaniya Baş Naziri Boris Conson çox bacarıqlıdır.

“İnanıram ki, o, yaxşı işlər görəcək”, - deyə ABŞ Prezidenti qeyd edib.

D. Tramp əvvəldən “Brexit”in tərəfdarı olduğunu, bunun baş verəcəyinə inandığını vurğulayıb.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti