Tramp Ərdoğana başsağlığı verdi

28.01.2020 11:20 164 Dünya

Trampla Ərdoğan arasında telefon danışığı olub.

FAN.AZ xəbər verir ki, bu haqda Ağ Evin məlumatında bildirilib.


Qeyd edilib ki, Donald Tramp Ərdoğana Elazığ şəhərində baş vermiş zəlzələdə insan tələfatına görə başsağlığı verib.
Bundan əlavə liderlər Liviya və İdlibdəki vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 ballıq zəlzələ baş verib. Zəlzələ nəticəsində 1607 nəfər yaralanıb, 41 nəfər ölüb. 45 nəfər isə dağıntılar altından sağ çıxarılıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti