Tramp Kanadanın Baş Nazirini ikiüzlü adlandırıb

04.12.2019 19:35 40 Siyasət

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş Naziri Castin Trüdonu ikiüzlü adlandırıb.

APA-nın "Fox News" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə o, Londonda NATO-nun 70 illiyinə həsr olunmuş sammit çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidenti bir gün əvvəl Londonda NATO-ya üzv ölkələrin liderlərinin şərəfinə təşkil olunmuş ziyafətdə Kanadanın Baş Naziri Castin Trüdonun Donald Trampın ikitərəfli görüşlərdə hərəkətləri barədə etdiyi dedi-qodunu göstərən videoya münasibət bildirib.

O qeyd edib ki, Kanada Baş Naziri ikiüzlüdür.

“Dürüst olaraq deyim ki, Trüdonu yaxşı adam kimi tanıyıram, lakin fakt budur ki, mən onun NATO-nun hərbi büdcəsinə lazımi vəsaiti ödəmədiyini və 2 faizlik tələbə əməl etmədiyini dedim, ola bilsin ki, bu, onun xoşuna gəlməyib”, - deyə D. Tramp vurğulayıb.

Qeyd edək ki, Kanadanın Baş Naziri Castin Trüdo, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş Naziri Boris Conson və Niderlandın Baş Naziri Mark Ruttenin görüntülərinin əks olunduğu 25 saniyəlik video yayılıb. Onlar videoda ABŞ Prezidenti D. Trampın görüşlərə gecikməsi barədə zarafatlaşaraq gülüblər.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti