Tramp: “Mən onun işini daha da çətinləşdirirəm”

19.02.2020 08:56 61 Dünya

ABŞ prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki paylaşımlarının Birləşmiş Ştatların ədliyyə naziri və baş prokuroru Uilyam Barrın işini çətinləşdirməsi fikri ilə razılaşıb.

Bu barədə FAN.AZ TASS-a istinadən xəbər verir.

"Bəli, mən onun işini daha da çətinləşdirirəm. Mən bununla razıyam, düşünürəm ki, bu, həqiqətdir”, - Tramp Kaliforniya ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

"Mən sosial şəbəkələrdən istifadə edirəm. Güman edirəm ki, onlardan yaxşı istifadə edirəm, çünki indi buradayam. Sosial şəbəkələr mənim üçün çox əhəmiyyətlidir", - Tramp davam edib.

ABŞ dövlət başçısı qeyd edib ki, o, öz fikirlərini sosial şəbəkədə ifadə edə bilər. "Mənim bu səsim mətbuatda, KİV-də yoxdur", - dövlət başçısı əlavə edib.

ABŞ prezidenti yenidən vurğulayıb ki, o, Barra tamamilə etibar edir. "Hər kəs öz fikrini ifadə etmək hüququna malikdir", - dövlət başçısı deyib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti