Tramp Putinə səsləndi: Əsəd rejiminə dəstəyi dayandırın!

17.02.2020 19:20 117 Siyasət

Rusiya Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstəyi dayandırmalıdır.

FAN.AZ xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın arzusudur.

Fevralın 15-də Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Dünən Ağ Evin mətbuat katibinin müavini Judd Dirin bu məsələ ilə bağlı açıqlaması yayılıb. Bununla yanaşı, Trampın türk həmkarı ilə söhbəti əsnasında vurğulanıb ki, Rusiya Bəşər Əsəd rejiminə dəstək verməməlidir.

Donald Tramp, həmçinin Moskvanın Suriyada münaqişənin siyasi həllini müdafiə etməsini istəyir.

Bundan əlavə, o, İdlibdəki zorakılıqdan narahatlığını bildirib və Rəcəb Tayyib Ərdoğana orada humanitar fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Oxşar xəbərlər

Xəbər lenti