Türkiyə Naxçıvanla sərhədini bağladı Foto

24.02.2020 17:08 175 Ölkə

Koronavirusun dünyada və xüsusən də İranda yayılması ətrafında informasiya isteriyası dərinləşməkdə davam edir.

FAN.AZ “virtualaz”a istinadən xəbər verir ki, artıq Türkiyə və bir sıra digər qonşu ölkələr İranla sərhədlərini bağlayıblar.

Lakin məlum olub ki, koronavirusun yayılması təhlükəsini bəhanə edərək Türkiyə Naxçıvanla da sərhədini bağlayıb.

Üstəlik elə bir vaxtda ki, Azərbaycanda, o cümlədən Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyi də bu barədə bəyan edib və Ümumdünya Səhiyyə Təşkilatı da informasiyanı təsdiqləyib.

Bundan əlavə Türkiyə özü Azərbaycan vətəndaşlarını Çindən evakuasiya edib, onların əksəriyyəti tələbələrdir.

Evakuasiya olunan Azərbaycan vətəndaşları Türkiyədə karantində saxlanıldılar və onlarda heç bir təhlükəli virus aşkarlanmadı.

317383_src.jpg (31 KB)

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti