"Twitter" hesabların kütləvi təmizlənməsinə hazırlaşır

27.11.2019 15:00 168 Elm və Texnika

"Twitter"in rəhbərliyi altı aydan çox sosial şəbəkəyə daxil olmayan istifadəçilərə xəbərdarlıq mesajları göndərməyə başlayıb.

Fan.Az "The Verge" nəşrinə istinadən xəbər verir ki, dekabrın 11-dək istifadəçi adı və şifrədən istifadə edilməyəcəyi təqdirdə həmin şəxslərin profilləri silinəcək.

"Twitter" istifadəçilərinə etibar edəcəkləri daha dəqiq və etibarlı məlumatları təqdim etmək üçün qeyri-aktiv hesabların silinməsi üzərində işləyirik. İnsanları qeydiyyatdan keçdikdən sonra sosial şəbəkədən fəal istifadə etməyə çağırırıq", - şirkətin məlumatında deyilir.

Qeyd olunur ki, profillərin silinməsi prosesi bir neçə ay çəkəcək.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti