Ukraynada kollec binasında yanğın baş verib Video

04.12.2019 17:16 38 Hadisə

Ukraynanın Odessa şəhərində kollec binasında yanğın baş verib.

Fan.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, yanğın Odessa İqtisad, Hüquq, Mehmanxana, Restoran Biznesi Kollecinə məxsus altımərtəbəli tədris binasının üçüncü mərtəbəsində başlayıb.

2 min kvadratmetr sahəni əhatə edən yanğınla bağlı 40 nəfərdən çox şəxs təxliyyə olunub. Aralarında üç nəfər yanğın xidməti əməkdaşı da olan 13 nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda təxliyyə işləri davam etdirilir.

Fan.Az 

Oxşar xəbərlər

Xəbər lenti